Heydər Əliyev
Bölmələrimiz
Təhsilin təşkili

Mama-ginekologiyada tibb bacısı (qardaşı) işi *Tibb bacısı (qardaşı) işi ixtisasına* aid ixtisaslaşmadır.

*Baza kafedrası:* I Mamalıq və ginekologiya kafedrası.

Tədris müvafiq qəbul ili üçün təsdiqlənmiş təhsil proqramı və tədris planı əsasında təşkil olunur. Hazırlıq nəzəri tədrisi, praktiki məşğələləri, klinik halların təhlilini, elmi fəaliyyəti, təcrübələri və magistrlik dissertasiyasının hazırlanmasını əhatə edir.

Praktiki hazırlıq müvafiq mütəxəssislərin rəhbərliyi altında həyata keçirilir. Tədris zamanı qadının vəziyyətinin və qulluq ehtiyaclarının qiymətləndirilməsi, fərdi qulluq planının hazırlanması, nəticələrin izlənməsi və sənədləşdirilməsi üzrə bacarıqlar inkişaf etdirilir.