Heydər Əliyev
Bölmələrimiz
İxtisaslaşma haqqında

Əczaçılıq kimyası ixtisaslaşması dərman maddələrinin kimyəvi quruluşunun, fiziki-kimyəvi xassələrinin, alınma üsullarının və keyfiyyət göstəricilərinin öyrənilməsinə yönəlir. Magistr hazırlığının məqsədi dərman maddələrinin identifikasiyası, miqdari təyini, standartlaşdırılması və analitik metodların qiymətləndirilməsi üzrə bilik və bacarıqları inkişaf etdirməkdir.