
Cərrahiyyədə tibb bacısı (qardaşı) işi ixtisaslaşması cərrahi xəstəlikləri olan pasiyentlərin qulluq ehtiyaclarının qiymətləndirilməsi, əməliyyatdan əvvəl, əməliyyat zamanı və əməliyyatdan sonrakı dövrdə tibb bacısı (qardaşı) fəaliyyətinin planlaşdırılması və təşkili istiqamətlərini əhatə edir.
Magistr hazırlığının məqsədi cərrahi pasiyentlərə elmi sübutlara əsaslanan qulluq, vəziyyətin izlənməsi, ağırlaşma risklərinin müəyyənləşdirilməsi, pasiyent təhlükəsizliyinin təmin olunması və xidmətin keyfiyyətinin qiymətləndirilməsi üzrə bilik və bacarıqları inkişaf etdirməkdir. Hazırlıq zamanı klinik düşünmə, effektiv ünsiyyət və multidissiplinar komanda ilə əməkdaşlığa xüsusi diqqət yetirilir.
