Heydər Əliyev
Bölmələrimiz
İxtisaslaşma haqqında

Protez-ortez və biomexanika ixtisaslaşması insan hərəkətinin mexaniki əsaslarının, protez və ortezlərin quruluş və funksional xüsusiyyətlərinin, onların fərdi ehtiyaclara uyğun hazırlanması, uyğunlaşdırılması və istifadəsinin qiymətləndirilməsi istiqamətlərini əhatə edir.

Magistr hazırlığının məqsədi biomexaniki qiymətləndirmə, funksional ehtiyacların müəyyənləşdirilməsi, protez və ortez həllərinin əsaslandırılması və nəticələrin təhlili üzrə bilik və praktiki bacarıqları inkişaf etdirməkdir. Hazırlıq zamanı şəxsin hərəkət imkanlarının, gündəlik fəaliyyətlərdə müstəqilliyinin və həyat keyfiyyətinin dəstəklənməsinə xüsusi diqqət yetirilir.