Heydər Əliyev
Bölmələrimiz
Təcrübə və elmi fəaliyyət

Elmi fəaliyyət sağlamlıq və xəstəliklə əlaqəli psixoloji amillərin, emosional və koqnitiv xüsusiyyətlərin, xəstəliyə uyğunlaşmanın və psixoloji yardım yanaşmalarının araşdırılmasına yönəlir.

Magistrantlar tədqiqat çərçivəsində elmi problemin müəyyənləşdirilməsi, ədəbiyyatın təhlili, tədqiqat dizaynının seçilməsi, uyğun qiymətləndirmə vasitələrinin müəyyənləşdirilməsi, məlumatların toplanması və statistik təhlili üzrə bacarıqlarını inkişaf etdirirlər.

Tədqiqatın mövzusuna uyğun olaraq müsahibə, müşahidə, sorğu və standartlaşdırılmış psixoloji qiymətləndirmə vasitələri tətbiq oluna bilər. Vasitələrin seçilməsində onların etibarlılığı, keçərliliyi, dil və mədəni mühitə uyğunluğu nəzərə alınır.

İştirakçılarla iş zamanı məlumatlandırılmış razılıq, könüllü iştirak, məxfilik və fərdi məlumatların qorunması təmin edilir. Praktiki fəaliyyət rəhbərlik və nəzarət altında, magistrantın hazırlıq səviyyəsinə uyğun təşkil olunur.

Təcrübələr və magistrlik dissertasiyası üzrə işlər təsdiqlənmiş təhsil proqramına uyğun həyata keçirilir. Tədqiqat mövzusu, elmi rəhbər və təcrübə bazası universitetin müvafiq qaydalarına uyğun müəyyənləşdirilir.