
Azərbaycan Tibb Universitetində magistratura təhsili magistrantların ixtisaslaşma üzrə dərin nəzəri biliklərə, praktik bacarıqlara, elmi-tədqiqat və analitik düşünmə qabiliyyətinə yiyələnməsinə istiqamətlənmişdir.
Magistratura səviyyəsində təhsil Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, müvafiq dövlət təhsil standartlarına, təsdiq edilmiş təhsil proqramlarına, tədris planlarına və universitetin daxili normativ sənədlərinə uyğun təşkil olunur.
Rezidentura və magistratura departamentinin Magistratura şöbəsi magistrantların tədris prosesinin təşkilinin əlaqələndirilməsi, akademik məsələlər üzrə məlumatlandırılması və müvafiq struktur bölmələrlə qarşılıqlı fəaliyyətin təmin edilməsində iştirak edir.
