
Magistrantlar Azərbaycan Respublikasının qanunvericiliyinə və universitetin daxili qaydalarına uyğun olaraq aşağıdakı hüquqlara malikdirlər:
- Təhsil proqramı və fənn sillabusları barədə məlumat almaq;
- Təhsil proqramında nəzərdə tutulmuş tədris və elmi imkanlardan istifadə etmək;
- Müvafiq qaydalara uyğun akademik və elmi məsləhət almaq;
- Qiymətləndirmə meyarları və nəticələri barədə məlumatlandırılmaq;
- Müəyyən edilmiş qaydada apellyasiya və digər müraciətlər etmək;
- Universitetin kitabxana, elektron informasiya və digər təhsil resurslarından istifadə etmək;
- Elmi konfranslarda, seminarlarda və digər akademik tədbirlərdə iştirak etmək.
