
Magistrantların praktik hazırlığı müvafiq təhsil proqramlarına və fənn sillabuslarına əsasən təşkil olunur.
İkiillik, dissertasiya müdafiəsi ilə başa çatan müvafiq magistratura proqramlarının IV semestrində elmi-pedaqoji və elmi-tədqiqat təcrübələri nəzərdə tutulur. Bu təcrübələrin hər biri 6 kredit olmaqla ayrıca qiymətləndirilən məcburi tədris komponentidir.
Bununla yanaşı, magistrantlar ayrı-ayrı fənlərin tədrisi çərçivəsində klinik, laboratoriya, analitik, eksperimental və digər praktik hazırlıq fəaliyyətlərində iştirak edə bilərlər.
Təcrübələrin təşkili və keçirilməsi ilə bağlı ətraflı məlumat universitetin rəsmi saytının *“Təcrübələr”* bölməsində təqdim olunur.
