
Magistrantlar:
- Təhsil proqramının tələblərini yerinə yetirməli;
- Dərslərdə və digər məcburi tədris fəaliyyətlərində iştirak etməli;
- Fənlər üzrə nəzərdə tutulmuş tapşırıqları vaxtında yerinə yetirməli;
- Akademik dürüstlük və elmi etika prinsiplərinə riayət etməli;
- Universitetin daxili intizam qaydalarına əməl etməli;
- Tədris və elmi fəaliyyət zamanı təhlükəsizlik tələblərinə riayət etməli;
- Universitetin əmlakına və təhsil mühitinə məsuliyyətlə yanaşmalıdırlar.
