
Magistrantlar bütün tədris və elmi fəaliyyətlərində akademik dürüstlük, obyektivlik, məsuliyyət və qarşılıqlı hörmət prinsiplərinə riayət etməlidirlər.
Plagiat, elmi nəticələrin saxtalaşdırılması, məlumatların təhrif edilməsi, icazəsiz köçürmə və digər akademik pozuntular yolverilməzdir.
Elmi-tədqiqat və dissertasiya işlərinin hazırlanmasında istifadə olunan mənbələrə düzgün istinad edilməli, müəlliflik hüquqları və tədqiqat etikası tələbləri gözlənilməlidir.
