Heydər Əliyev
Bölmələrimiz
Akademik müraciətlər

Magistrantlar tədris prosesi ilə bağlı yaranan məsələlər üzrə müəyyən edilmiş prosedurlara uyğun müraciət edə bilərlər.

Müraciətlər dərs cədvəli, davamiyyət, imtahanlar, akademik borclar, qiymətləndirmə, təhsil sənədləri, elmi rəhbərlik və digər tədris məsələlərini əhatə edə bilər.

Məsələnin xarakterindən asılı olaraq magistrantlar müvafiq fənn müəlliminə, baza kafedrasına və ya Rezidentura və magistratura departamentinin Magistratura şöbəsinə müraciət edə bilərlər.

Rəsmi müraciətlərin baxılması və cavablandırılması universitetin müəyyən edilmiş inzibati prosedurlarına uyğun həyata keçirilir.