
Sərbəst iş magistrantların müstəqil öyrənmə, elmi ədəbiyyatla işləmə, məlumatları təhlil etmə və nəticələri əsaslandırılmış şəkildə təqdim etmə bacarıqlarının inkişafına xidmət edir.
Sərbəst işlərin mövzuları, yerinə yetirilmə forması, təqdimetmə müddətləri və qiymətləndirilməsi müvafiq fənnin sillabusuna uyğun müəyyən edilir.
Magistrantlar sərbəst işlərin hazırlanması zamanı akademik dürüstlük prinsiplərinə, düzgün istinad qaydalarına və elmi etika tələblərinə riayət etməlidirlər.
