
Magistratura təhsilində elmi-tədqiqat fəaliyyəti mühüm yer tutur. Magistrantlar ixtisaslaşmalarına uyğun elmi problemlərin araşdırılması, tədqiqat metodlarının mənimsənilməsi, elmi məlumatların toplanması və təhlili, elmi nəticələrin ümumiləşdirilməsi istiqamətində fəaliyyətə cəlb olunurlar.
Elmi-tədqiqat fəaliyyəti müvafiq baza kafedralarında, laboratoriyalarda, universitetin klinikalarında və digər uyğun elmi-tədqiqat mühitlərində həyata keçirilə bilər.
Tədqiqatların aparılması zamanı elmi etika, akademik dürüstlük, müvafiq təhlükəsizlik və zəruri etik icazə tələblərinə riayət olunmalıdır.
