
Azərbaycan Tibb Universitetində magistratura təhsil səviyyəsi üzrə təcrübələr və praktik hazırlıq fəaliyyətləri magistrantların nəzəri biliklərinin möhkəmləndirilməsinə, ixtisaslaşma üzrə peşəkar bacarıqlarının inkişaf etdirilməsinə, elmi-tədqiqat və pedaqoji fəaliyyətə hazırlanmasına xidmət edir.
Magistrantların praktik hazırlığı müvafiq təhsil proqramlarına, tədris planlarına və fənn sillabuslarına uyğun olaraq müxtəlif istiqamətlərdə həyata keçirilir.
Praktik hazırlıq həm təhsil proqramında ayrıca nəzərdə tutulmuş məcburi təcrübələri, həm də ayrı-ayrı fənlərin tədrisi çərçivəsində təşkil edilən laboratoriya, klinik, eksperimental, analitik və digər tətbiqi fəaliyyətləri əhatə edir.
