Heydər Əliyev
Bölmələrimiz
1.1. Elmi-pedaqoji təcrübə

Elmi-pedaqoji təcrübənin məqsədi magistrantların ali təhsil müəssisələrində tədris prosesinin təşkili, təlim metodlarının tətbiqi, tədris materiallarının hazırlanması və pedaqoji fəaliyyətin həyata keçirilməsi üzrə bacarıqlarını inkişaf etdirməkdir.

Təcrübə müddətində magistrantlar mühazirə, seminar və praktik məşğələlərin təşkili ilə tanış olur, pedaqoji rəhbərin nəzarəti altında tədris prosesində iştirak edir, akademik ünsiyyət və qiymətləndirmə prinsiplərini mənimsəyirlər.