
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq təhsil proqramlarına əsasən, ikiillik, magistrlik dissertasiyasının müdafiəsi ilə başa çatan magistratura proqramlarının IV semestrində aşağıdakı məcburi təcrübələr nəzərdə tutulur:
- *Elmi-pedaqoji təcrübə — 6 kredit*
- *Elmi-tədqiqat təcrübəsi — 6 kredit*
Bu təcrübələr müvafiq magistratura proqramlarının məcburi tədris komponentləri olmaqla ayrıca qiymətləndirilir. Onların ümumi həcmi 12 kredit təşkil edir.
