
Fənlər üzrə praktik hazırlıq müvafiq baza kafedralarında, universitetin klinikalarında, tədris və elmi-tədqiqat laboratoriyalarında, eləcə də ixtisaslaşmanın xüsusiyyətlərinə uyğun digər müəssisə və təşkilatlarda həyata keçirilə bilər.
Praktik hazırlıq bazalarının seçilməsində fənnin təlim nəticələrinə uyğunluq, müvafiq avadanlıq və infrastrukturun mövcudluğu, peşəkar mütəxəssislərin iştirakı və təhlükəsiz fəaliyyət şəraiti nəzərə alınır.
