
Magistratura üzrə təcrübələrin və praktik hazırlıq fəaliyyətlərinin təşkili müvafiq təhsil proqramları, tədris planları, təcrübə proqramları və fənn sillabusları əsasında həyata keçirilir.
Baza kafedraları praktik fəaliyyətlərin məzmununu planlaşdırır, magistrantların istiqamətləndirilməsini təmin edir və onların fəaliyyətinə akademik nəzarəti həyata keçirirlər.
Təcrübə və praktik hazırlıq rəhbərləri magistrantlara metodiki dəstək göstərir, tapşırıqların icrasını izləyir və əldə edilmiş nəticələrin qiymətləndirilməsində iştirak edirlər.
Rezidentura və magistratura departamentinin Magistratura şöbəsi müvafiq fəaliyyətlərin tədris prosesinə uyğun təşkilinin əlaqələndirilməsində iştirak edir.
