
İxtisaslaşmanın profilindən və fənnin məzmunundan asılı olaraq aşağıdakı fəaliyyətlər həyata keçirilə bilər:
- *Laboratoriya fəaliyyəti:* laboratoriya avadanlıqları, analitik cihazlar, eksperimental metodlar və keyfiyyətə nəzarət prosesləri ilə tanışlıq;
- *Klinik fəaliyyət:* müvafiq klinik bölmələrdə iş proseslərinin müşahidəsi, klinik məlumatların təhlili və rəhbərin nəzarəti altında praktik bacarıqların inkişaf etdirilməsi;
- *Elmi-tədqiqat fəaliyyəti:* elmi məlumatların toplanması, işlənməsi, tədqiqat metodlarının tətbiqi və nəticələrin təhlili;
- *İstehsalat və texnoloji fəaliyyət:* müvafiq müəssisələrdə istehsal prosesləri, texnoloji əməliyyatlar, keyfiyyətin təminatı və idarəetmə sistemləri ilə tanışlıq;
- *İctimai səhiyyə və təşkilati fəaliyyət:* səhiyyə müəssisələrində təşkilati proseslərin, epidemioloji monitorinqin, statistik təhlilin və idarəetmə mexanizmlərinin öyrənilməsi.
