
Magistrantlar təcrübə və praktik hazırlıq proqramları, nəzərdə tutulmuş fəaliyyətlər və qiymətləndirmə meyarları barədə məlumatlandırılırlar.
Təcrübələr zamanı magistrantlar proqram üzrə tapşırıqları yerinə yetirməli, davamiyyət və daxili intizam qaydalarına, peşə etikası, əməyin mühafizəsi, biosafety (bioloji təhlükəsizlik) və məxfilik tələblərinə riayət etməlidirlər.
Praktik fəaliyyət yalnız müvafiq səlahiyyətlər və təhlükəsizlik tələbləri çərçivəsində, zəruri hallarda məsul mütəxəssisin nəzarəti altında həyata keçirilir.
