
.jpeg)
Azərbaycan Tibb Universitetinin (ATU) Məhkəmə təbabəti kafedrasının professoru, tibb və hüquq elmləri doktoru Vüqar Məmmədov yenidən Ümumdünya Tibbi Hüquq Assosiasiyasının (WAML – World Association for Medical Law) baş katibi vəzifəsinə seçilib.
2008-ci ildən Assosiasiyanın üzvü, 2012-ci ildən isə WAML-ın İdarə Heyətinin tərkibində yer alaraq müxtəlif vəzifələrində çalışan V.Məmmədov ilk dəfə 2024-cü ildə Assosiasiyanın baş katibi seçilib.
Azərbaycan nümayəndəsinin beynəlxalq peşəkar təşkilatda rəhbər vəzifəyə yenidən seçilməsi ölkənin tibbi hüquq, bioetika və səhiyyə sahəsində insan hüquqlarının müdafiəsi ilə bağlı qlobal ekspert dialoqunda iştirakının artmasını əks etdirir.
Ümumdünya Tibbi Hüquq Assosiasiyası 1967-ci ildə Belçikada yaradılıb. Təşkilat tibbi hüquq, məhkəmə və klinik təbabət, bioetika və insan hüquqları sahələrində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirir. Antverpendə keçirilən konqresdə 70 ölkədən nümayəndə iştirak edib. Onların arasında Azərbaycandan 24 mütəxəssis olub.
