.jpg)
Hörmətli həmkarlar!
Azərbaycan Respublikası Prezidentinin 20 avqust 2026-cı il tarixli “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn tədbirlər çərçivəsində görkəmli dövlət və elm xadimi, professor Əziz Məmmədkərim oğlu Əliyevin zəngin elmi, ictimai-siyasi fəaliyyətinin və milli səhiyyənin inkişafındakı xidmətlərini nəzərə alaraq, 17-18 dekabr 2026-cı il tarixlərində Azərbaycan Tibb Universitetində “Əziz Əliyev: Şəxsiyyət, elm və milli səhiyyə irsi – 130” adlı elmi-praktik konfrans keçiriləcək.
Tədbirdə Azərbaycan tibb tarixində özünəməxsus iz qoymuş Əziz Əliyevin zəngin irsi və səhiyyənin inkişafına verdiyi töhfələr işığında keçmişdən bu günə uzanan bir yol nəzərdən keçiriləcək. Eyni zamanda, müasir tibbin qarşısında duran aktual elmi və praktik məsələlər, səhiyyə sisteminin inkişafına təsir göstərən yeni çağırışlar, innovativ yanaşmalar və gələcək inkişaf perspektivləri üzrə panel müzakirələri keçiriləcək. Bununla yanaşı, konfransın proqramına doktorant, magistrant, rezident və tələbələrin iştirakı ilə “Əziz Əliyev – 130: Gənc tədqiqatçıların elmi baxışları” adlı xüsusi panel daxil ediləcək.
Konfransın materialları toplu şəklində dərc ediləcək.
Təqdim ediləcək tezislər aşağıdakı tələblərə uyğun olmalıdır:
- Tezislər orijinal xarakter daşımalı və təkrar olmamalıdır.
- Tezislər Azərbaycan və ya ingilis dillərində yazılmalıdır.
-Tezisin həcmi 3000-3100 işarə sayı (probelsiz) təşkil etməli, A4 formatında “Arial” şrifti ilə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arası interval 1, sahələr soldan – 2 sm, sağdan – 1 sm, yuxarıdan – 2 sm, aşağıdan – 2 sm olmaq şərtilə təqdim edilməlidir.
-Tezis ardıcıl olaraq: hər biri abzasdan (1 sm) başlamaq şərti ilə giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr, müzakirə/yekun və açar sözləri hissələrindən ibarət olmalıdır.
- Tezisin əvvəlində baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə (1 interval aşağı) tezisin müəllifləri (soyadı, adı və atasının adı- tam şəkildə, qısaldılmamış), daha sonrakı sətirdə (1 interval aşağı) müəlliflərin çalışdığı kafedranın adı (digər müəssisələrdən olanlar üçün- müəssisənin adı, daha sonra kafedra və ya şöbəsi) qeyd edilməlidir.
- Hər bir tezisdə müəlliflərin sayı 4-dən çox olmamalı və bir müəllif 2-dən çox tezis müəllifi olmamalıdır.
- Tezislərin konfrans materialları toplusunda dərc olunması üçün elektron variantı Word formatında, təsdiqedici nüsxəsi isə birinci səhifəsində kafedra müdiri və ya elmi rəhbərin dərkənarı olmaqla PDF formatında hazırlanaraq son təqdimetmə tarixi – 30 oktyabr 2026-cı ilədək conference@amu.edu.az elektron poçt ünvanına göndərilməlidir.
- Yuxarıda qeyd edilən tələblərin hər hansı birini ödəməyən tezislər çapa qəbul edilməyəcək.
Tezizlər üçün əlaqələndirici şəxs:
Püsən Məmmədova (050 529 45 55), ATU, Elmi Tədqiqatların İdarəolunması Departamenti
- Konfransda məruzəçi kimi müraciət edən şəxslərin qeydiyyatının və müvafiq təşkilati prosedurlarının rəsmiləşdirilməsi məqsədilə mövzunun adı,şəxsiyyət vəsiqəsinin surəti və CV əlaqələndirici şəxsin email ünvanına (asixaliyeva@amu.edu.az) təqdim olunması tələb olunur.
- Məruzəçi qismində iştirak etmək istəyən şəxslər tərəfindən məruzələrin son təqdim edilmə tarixi 30 oktyabr 2026-cı il nəzərdə tutulub.
- Məruzəçi təqdim etdiyi mövzuya uyğun tezis də təqdim etməlidir; əks halda məruzəçinin iştirakı mümkün olmayacaq.
Məruzəçilər üçün əlaqələndirici şəxs:
Aytən Şıxəliyeva (051 535 00 11), ATU, Elmi Tədqiqatların İdarəolunması Departamenti
Nümunə forması
QARIN BOŞLUĞU ORQANLARININ ZƏDƏLƏNMƏLƏRİNİN DİAQNOSTİKASI VƏ MÜALİCƏSİNDƏ VİDEOLAPAROSKOPİYANIN ROLU
Həsənov Cavid Həsən oğlu
Azərbaycan Tibb Universiteti, Ümumi cərrahlıq kafedrası
Giriş ............................
Tədqiqatın məqsədi ..........................
Material və metodlar ...................................
Nəticələr ...................................
Müzakirə / Yekun...................................
Açar sözlər ...................................