
.jpg)
Ümumdünya Ağciyər Gününə həsr olunmuş PULSUZ MÜAYİNƏ AKSİYASI
21–26 sentyabr tarixlərində Azərbaycan Tibb Universitetinin tələbələri üçün ürək-damar və tənəffüs sisteminin sağlamlığının qiymətləndirilməsinə yönəlmiş ödənişsiz profilaktik müayinə aksiyası keçiriləcək.
Aksiya çərçivəsində iştirakçılar ürək və ağciyər sağlamlığının əsas göstəricilərini yoxlamaq imkanı əldə edəcəklər.
Pulsuz müayinələrə daxildir:
• EKQ – ürəyin elektrik fəaliyyətinin qiymətləndirilməsi
• Spirometriya – ağciyərlərin funksional vəziyyətinin yoxlanılması
• Arterial təzyiq və ürək-damar göstəricilərinin qiymətləndirilməsi
• Laborator müayinələr və biomarkerlərin təyini
• Qısa sağlamlıq sorğusu
Kimlər iştirak edə bilər?
Azərbaycan Tibb Universitetinin 18–35 yaş arası tələbələri.
📅 Tarix: 21–26 sentyabr
📍 Məkan: Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası
İştirak tamamilə pulsuzdur.
Öz sağlamlığınızı vaxtında yoxlayın — ürəyinizin və ağciyərlərinizin vəziyyəti haqqında daha çox məlumat əldə edin.
📞 Qeydiyyat və əlavə məlumat:
📱 051 857 85 86
📧 [turkanvelixan@gmail.com] (mailto:turkanvelixan@gmail.com)
