Heydər Əliyev
AĞCİYƏR VƏ ÜRƏK SAĞLAMLIĞINI YOXLAT!

AĞCİYƏR VƏ ÜRƏK SAĞLAMLIĞINI YOXLAT!

Ümumdünya Ağciyər Gününə həsr olunmuş PULSUZ MÜAYİNƏ AKSİYASI

21–26 sentyabr tarixlərində Azərbaycan Tibb Universitetinin tələbələri üçün ürək-damar və tənəffüs sisteminin sağlamlığının qiymətləndirilməsinə yönəlmiş ödənişsiz profilaktik müayinə aksiyası keçiriləcək.

Aksiya çərçivəsində iştirakçılar ürək və ağciyər sağlamlığının əsas göstəricilərini yoxlamaq imkanı əldə edəcəklər.

Pulsuz müayinələrə daxildir:

•⁠  ⁠EKQ – ürəyin elektrik fəaliyyətinin qiymətləndirilməsi
•⁠  ⁠Spirometriya – ağciyərlərin funksional vəziyyətinin yoxlanılması
•⁠  ⁠Arterial təzyiq və ürək-damar göstəricilərinin qiymətləndirilməsi
•⁠  ⁠Laborator müayinələr və biomarkerlərin təyini
•⁠  ⁠Qısa sağlamlıq sorğusu

 Kimlər iştirak edə bilər?
Azərbaycan Tibb Universitetinin 18–35 yaş arası tələbələri.

📅 Tarix: 21–26 sentyabr
📍 Məkan: Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası

İştirak tamamilə pulsuzdur.

Öz sağlamlığınızı vaxtında yoxlayın — ürəyinizin və ağciyərlərinizin vəziyyəti haqqında daha çox məlumat əldə edin.

📞 Qeydiyyat və əlavə məlumat:
📱 051 857 85 86
📧 [turkanvelixan@gmail.com] (mailto:turkanvelixan@gmail.com)

Paylaş

Dostlarınız ilə paylaşın.