Heydər Əliyev
ATU tələbələri “Poliqon”da: hərbi hazırlıq və bacarıqlar sınaqdan keçirildi

ATU tələbələri “Poliqon”da: hərbi hazırlıq və bacarıqlar sınaqdan keçirildi

Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsinin II kurs tələbələri 32-ci “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsində iştirak ediblər. 

ATU nümayəndələri Tükəzban Zalova, Zəhra Nəzərova və Aytən Abdulla düşərgə çərçivəsində hərbi-idman və praktiki hazırlıq məşğələlərində iştirak edib, müxtəlif yarış və təlimlərdə öz bacarıqlarını nümayiş etdiriblər.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Quba Olimpiya İdman Təlim-Tədris və İstirahət Kompleksində keçirilən düşərgəyə 120 gənc qatılıb. Tədbirin əsas məqsədi gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, praktiki və hərbi-idman hazırlığının gücləndirilməsi, komanda işi və liderlik bacarıqlarının inkişaf etdirilməsi olub. 

Proqram çərçivəsində Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşları, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları tərəfindən müxtəlif hazırlıq məşğələləri keçirilib. İştirakçılar “Səmti müəyyənetmə oyunu”nda da bilik və bacarıqlarını sınayıblar. 

Düşərgə zamanı “Vətənpərvərlik nədir?” mövzusunda təqdimatlar hazırlanıb, Vətən müharibəsinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Həmçinin idman yarışları, “Söz səndədir” natiqlik təlimi, “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda intellektual yarış və “Məclisi-üns” bədii proqramı təşkil olunub. 

ATU-nun Hərbi tibbfFakültəsi tələbələrinin bu cür layihələrdə iştirakı onların praktiki hazırlığının, komanda işi və liderlik bacarıqlarının inkişafına töhfə verir.
 

Paylaş

Dostlarınız ilə paylaşın.