
Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçiriləcək. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib.
Qeydiyyat avqustun 28-dən 8 sentyabr saat 18:00-dək davam edəcək.
▪️ Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar.
▪️ Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Portalda qeydiyyatdan keçən tələbələr müvafiq sənədləri Azərbaycan Tibb Universitetinə təqdim etməlidirlər.
Sənəd qəbulu 28 avqust - 8 sentyabr tarixlərində Azərbaycan Tibb Universitetinin korpuslarında baş tutacaq (Səməd Vurğun küçəsi 163)
👥 18 yaşına çatmamış abituriyentlər sənəd qəbulu zamanı valideyn və ya himayəçi ilə iştirak etməlidirlər.
📄 Tələb olunan sənədlər:
• 2026-cı ilin məzunları elektron çap olunmuş Attestat (öncəki illərin məzunları Attestatın əsli)
• 3x4 ölçüdə 4 ədəd foto
• Şəxsiyyət vəsiqəsi (2 surət)
• DİM-dən qəbul sənədi (çap)
• Yaşayış yerindən arayış
• Hərbi sənəd (oğlanlar üçün)
• Ödəniş qəbzi (ödənişli qəbul üçün)
• İmtiyaz sənədi (əgər varsa, notarial təsdiqli surət)
📍Ünvan: Səməd Vurğun küçəsi 163
🗓️Tarix: 28 avqust - 8 sentyabr
🕘Saat: 09:00-17:00