

Azərbaycan Tibb Universitetində (ATU) ixtisasların tanıdılması və təqdimatı ilə bağlı silsilə fəaliyyət davam edir. Bu dəfə diqqət mərkəzində Əczaçılıq ixtisasıdır.
Əczaçı yalnız dərman təqdim edən mütəxəssis deyil. Dərmanın hazırlanmasından keyfiyyətinə, təhlükəsiz istifadəsindən pasiyentin düzgün məlumatlandırılmasına qədər səhiyyənin mühüm həlqələrindən birini məhz əczaçılar təşkil edir.
Bəs Əczaçılıq ixtisasını seçən tələbələri universitetdə hansı təhsil prosesi gözləyir? Bu sahədə hansı bilik və bacarıqlar formalaşdırılır? Məzunları hansı karyera imkanları gözləyir və müasir əczaçılıq sahəsində hansı istiqamətlər daha perspektivlidir?
Bu və digər sualları ATU-nun Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli cavablandırır.
