Heydər Əliyev
ATU Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi çərçivəsində maarifləndirmə və təbliğat işlərini davam etdirir

ATU Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi çərçivəsində maarifləndirmə və təbliğat işlərini davam etdirir

Azərbaycan Tibb Universiteti (ATU) 1–7 Avqust tarixlərini əhatə edən Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi çərçivəsində ana südünün əhəmiyyəti ilə bağlı maarifləndirmə və təbliğat fəaliyyətlərini davam etdirir. 

Ana südü körpənin sağlam böyüməsi və inkişafı üçün ən dəyərli qida mənbəyidir. Həyatın ilk günlərindən yalnız ana südü ilə qidalanma uşağın immun sisteminin güclənməsinə, infeksiyalardan qorunmasına və sağlam gələcəyinin formalaşmasına mühüm töhfə verir. 

Universitetin I Uşaq xəstəlikləri kafedrasının müdiri Rauf Bəylərov valideynləri və cəmiyyəti ana südü ilə qidalanmanın üstünlükləri barədə məlumatlandıraraq, bu təbii qidalanma üsulunun həm körpənin, həm də ananın sağlamlığı üçün əvəzsiz olduğunu vurğulayır.

ATU hər kəsi ana südü ilə qidalanmanı dəstəkləməyə, sağlam gələcək naminə bu mühüm mövzuda maariflənməyə və ətrafındakı ailələri təşviq etməyə çağırır. 

Sağlam gələcək ana südü ilə başlayır!

 

Paylaş

Dostlarınız ilə paylaşın.