Heydər Əliyev
ÜST tələbə və gənc mütəxəssislər üçün video müsabiqəsi elan edir

ÜST tələbə və gənc mütəxəssislər üçün video müsabiqəsi elan edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tələbə və gənc mütəxəssislər üçün “Qrip və COVID-19 kimi tənəffüs yolu infeksiyalarından ətrafındakı insanları necə qoruyursan?” mövzusunda video müsabiqə elan edir. İştirakçılar qrip və/və ya COVID-19-un qarşısının alınması və nəzarətinin əhəmiyyətini əks etdirən qısa videolar hazırlamalıdırlar. 

Videoların yaradıcı olması, yanlış məlumat və mifləri aradan qaldırması, həmçinin insanları özlərini və yaxınlarını mövsümi qrip və COVID-19-dan qorumağa təşviq etməsi tövsiyə olunur.

Kimlər iştirak edə bilər?

✅ 18–35 yaşlı tələbələr və gənc mütəxəssislər (fərdi və ya komanda şəklində).

Video tələbləri:

- Maksimum 90 saniyə

- İstənilən yaradıcı format

- İngilis dilində altyazı mütləqdir

- Maksimum 3 video təqdim etmək olar.

Video aşağıdakı mövzulardan ən az birini əhatə etməlidir:

* Risk qruplarının qorunması;

* Qrip və COVID-19-la bağlı şübhələrə cavab;

* İcmada yayılan miflərin təkzibi.

🏆 Qaliblər ÜST tərəfindən sertifikatla təltif olunacaq, videoları rəsmi platformalarda yayımlanacaq və qlobal vebinarda təqdim ediləcək.

📅 Son müraciət tarixi: 13 sentyabr 2026 (23:45 CEST).

https://www.who.int/news-room/events/detail/2026/08/03/default-calendar/global-youth-competition-advocating-for-influenza-and-covid-19-prevention-and-control

Paylaş

Dostlarınız ilə paylaşın.