Heydər Əliyev
ATU əməkdaşlarının diqqətinə: III Beynəlxalq “İnnovativ Kardiologiya” Konqresində iştirak imkanı

ATU əməkdaşlarının diqqətinə: III Beynəlxalq “İnnovativ Kardiologiya” Konqresində iştirak imkanı

8–9 oktyabr 2026-cı il tarixlərində Minsk şəhərində Belarus Respublikası Prezidentinin İşlər İdarəsinin Respublika Klinik Tibb Mərkəzi, Belarus Respublikasının Səhiyyə Nazirliyi və Yüksək Texnologiyalar Parkının birgə təşkilatçılığı ilə III Beynəlxalq “İnnovativ Kardiologiya” Konqresi keçiriləcək.

Konqres çərçivəsində:

* plenar və bölmə iclasları;

* dəyirmi masalar;

* elmi müzakirələr;

* simulyasiya təlimləri;

* kardiologiya, ürək-damar və intervension cərrahiyyə sahəsində aparıcı beynəlxalq mütəxəssislərin məruzələri təşkil olunacaq. Konqresin əsas mövzuları innovativ klinik kardiologiya, intervension kardiologiya, ürək-damar cərrahiyyəsi, reabilitasiya, eləcə də süni intellekt və İT texnologiyalarının kardiologiyada tətbiqini əhatə edir.

Konqresdə iştirak etmək istəyən əməkdaşlar tezislərini və ya klinik hallarını təşkilat komitəsinin tələblərinə uyğun hazırlaya bilərlər. Təqdim olunacaq materiallarla bağlı ətraflı məlumat əlavə edilmiş informasiya məktubunda və qaydalarda öz əksini tapıb. Tezislərin təqdim olunması üçün son tarix 15 avqust 2026-cı il, klinik hallar müsabiqəsinə müraciətlər üçün isə 1 sentyabr 2026-cı il müəyyən edilib.

Qeyd: Konqresdə iştirakla bağlı bütün xərclər iştirakçı tərəfindən qarşılanır. 

Əlavə məlumat və sənədlərlə tanış olmaq üçün Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz. 

Paylaş

Dostlarınız ilə paylaşın.