Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Rezidentura /Doktorantura

Rezidentura

III Daxili xəstəliklər kafedrasında “Qastroenterologiya” və “Revmatologiya” ixtisasları üzrə rezidentura proqramları mövcuddur.

“Qastroenterologiya” ixtisası üzrə rezidenturada mədə-bağırsaq traktı xəstəliklərinin etiologiyası, patogenezi, klinikası, müasir diaqnostika və müalicə prinsipləri öyrənilir. Qastroenteroloji patologiyaların (qida borusu və mədə-bağırsaq xəstəlikləri, qaraciyər və öd çıxarıcı yolların xəstəlikləri, mədəaltı vəz xəstəlikləri) profilaktikası, erkən aşkarlanması və effektiv idarə olunması üzrə bilik və bacarıqlar formalaşdırılır.

“Revmatologiya” ixtisası üzrə rezidentura dayaq-hərəkət sistemi və birləşdirici toxuma xəstəliklərinin öyrənilməsinə istiqamətlənib. Tədris prosesində oynaq və birləşdirici toxuma xəstəliklərinin etiopatogenezi, klinikası, diaqnostikası və müalicə-profilaktikası müasir tələblər daxilində hər tərəfli şərh edilir, bilik və bacarıqlar öyrədilir.

Doktorantura

 

III Daxili Xəstəliklər kafedrasında 3233.01 Revmatologiya və 3238.01 ixtisasları üzrə doktorantura təhsili aparılır.