Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
III Daxili xəstəliklər kafedrası
Menular

III Daxili xəstəliklər kafedrası Azərbaycan Respublikasının Xalq Səhiyyə Komissarlığının əmrinə əsasən 01 sentyabr 1938-ci ildə təşkil edilmişdir və öz  fəaliyyətinə 1938-ci ildə Semaşko adına xəstəxanasının VIII korpusunda başlamışdır. Kafedra 1953-cü ildə Krupskaya adına (hal-hazırda Şamama Ələsgərova adına) xəstəxanaya köçürülmüşdür.

1969-cu ildən 2011-ci ilə kimi kafedra  fəaliyyətini M.N. Qədirli adına Mərkəzi Hövzə xəstəxanasının bazasında davam etdirmişdir. 2011-ci ildən kafedra öz fəaliyyətini Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik klinikasında davam etdirir. Kafedra 11-ci mərtəbədə yerləşir və 36 çarpayılıq stasionarı vardır.

Kafedra təşkil olunduğu ilk gündən elmi istiqaməti qastroenteroloji problemlərinin araşdırılması olmuşdur.

1978-1991-ci illərdə kafedrada əsasən ürək qan-damar sistemi və revmatoloji problemlərin tədqiqatı ilə məşğul olmuşlar.

1992-ci ildən kafedra qastroenteroloji və revmatoloji problemlərin elmi araşdırması ilə məşğul olur.

 III Daxili xəstəliklər kafedrasında hal-hazırda tələbələrlə azərbaycan, rus və ingilis dillərində məşğələlər aparılır:

1)    İctimai səhiyyə fakültəsinin IV kursunda “daxili xəstəliklər” və “peşə xəstəlikləri” üzrə;

2)    Stomotologiya fakültəsinin IV kursunda “daxili xəstəliklər” üzrə;

3) Müalicə-profilaktika fakültəsinin III-VI kursunda “qastroenterologiya” və “revmatologiya” üzrə;

4) Hərbi Tibbi fakültəsinin III kursunda “revmatologiya”, IV kursunda “qastroenterologiya” üzrə.

Kafedraya 1991-ci ildən hal-hazıra kimi t.e.d., ə.e.x., professor Ə.A.Hidayətov rəhbərlik edir.

Akademik heyət- 33 nəfərdən ibarətdir. Onlardan  6 professor, 7 dosent, 9 assistent, 7 baş laborant, 2 laborant, 1 preparator, 1 xadimə.