Bizi izləyin:
Heydər Əliyev
Bölmələrimiz
Elmi istiqamət və elmi araşdırmalar

Mövzunun adı:  

Azərbaycanda risk amillərinin qiymətləndirilməsinin əsasında infeksion və qeyri-infeksion xəstəliklərin kompleks profilaktikası

Mövzunun aktuallığı:

Son illər Azərbaycanda  həm infeksion, həm də qeyri-infeksion xəstəliklərin xeyli artması müşahidə olunur  ki, bu da ictimai səhiyyənin və ölkənin səhiyyə sisteminin davamlı inkişafı üçün ciddi təhlükə təşkil edir (İ.Ə.Ağayev və başq., 2022).  Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən qeyri-infeksion xəstəliklər, məsələn, ürək-damar xəstəlikləri, diabet, onkoloji və xronik respirator xəstəliklər ölkədə ümumi xəstələnmə səviyyəsinin  və ölümün 70%-dən çoxunu təşkil edir.  Eyni zamanda infeksion xəstəliklərin, o cümlədən, vərəm, hepatitlər (Azerbaijan. WHO; 2022). İİV/QİÇS-in epidemik alovlanmalarının baş verməsi təhlükəsi qalmaqda davam edir ki, bu da onların profilaktikasına dair kompleks yanaşmanın vacibliyini təsdiq edir (Danaei G, et al., 2019, Mammadov F., 2025). Sosial-iqtisadi dəyişikliklər, urbanizasiya, ekoloji vəziyyətin pisləşməsi və əhalinin həyat tərzinin dəyişilməsi xəstəliyin inkişafının risk amillərinin formalaşmasına və pisləşməsinə təkan verir (X.N.Xələfli və başq., 2024). Bu zaman Azərbaycanda infeksion və qeyri-infeksion xəstəliklərin risk amilləri arasındakı qarşılıqlı əlaqəni nəzərə ala bilən və effektiv kompleks profilaktika strategiyasını işləyib hazırlamağa imkan verən vahid sistem yoxdur.

Hazırkı tədqiqat işinin aktuallığı Azərbaycanın sosial-iqtisadi şəraitlərinə və regional xüsusiyyətlərinə adaptasiya olunmuş inteqrasiyalı profilaktika tədbirlərinin işlənib hazırlanması və risk amillərinin kompleks qiymətləndirilməsi üzrə elmi cəhətdən əsaslandırılmış tövsiyələrin yaradılması zərurəti ilə şərtlənmişdir.

Məqsədi:

Azərbaycanda infeksion və qeyri-infeksion xəstəliklərlə bağlı olan risk amillərini aşkar etmək və qiymətləndirmək, eləcə də onlarla xəstələnmənin azaldılması və əhalinin sağlamlığının yaxşılaşdırılması üçün kompleks profilaktika tədbirlərini işlənib hazırlanması.

Elmi yenilik dərəcəsi:

1. İlk dəfə Azərbaycanda həm infeksion, həm də qeyri-infeksion xəstəliklərin yaranmasında iştirak edən  risk amillərinin kompleks təhlili aparılacaqdır ki, bu da əhalinin sağlamlıq vəziyyəti barəsində vahid təsəvvür əldə etməyə imkan verir.

2. Regional xüsusiyyətləri və Azərbaycanın sosial-iqtisadi şəraitini nəzərə alan risk amillərinin kompleks qiymətləndirilməsinin metodologiyası işlənib hazırlanacaq və sınaqdan keçiriləcəkdir.

3.Xəstələnmənin azaldılmasına və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş inteqrasiya olunmuş profilaktika tədbirləri təklif ediləcəkdir ki, bu da xəstəliklərin ayrı-ayrı qruplarına istiqamətlənmiş mövcud yanaşmaları genişləndirir.

4.Aşkar edilmiş risk amilləri nəzərə alınmaqla  səhiyyə sisteminə kompleks profilaktika proqramlarının tətbiq edilməsi üzrə tövsiyələr elmi cəhətdən əsaslandırılacaqdır.

Tətbiq sahəsi:

Səhiyyə sistemi, epidemiologiya və sanitar-epidemioloji xidmətlər, regional səhiyyə idarələri və profilaktika proqramlarının hazırlanması.

Səmərəlilik

Risk amillərinin kompleks qiymətləndirilməsi, əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması və inteqrasiya olunmuş profilaktik tədbirlərin effektivliyinin artırılması.