Heydər Əliyev
ATU-da “Açıq məlumatlar" mövzusunda seminar keçirilib

ATU-da “Açıq məlumatlar" mövzusunda seminar keçirilib

Azərbaycan Tibb Universiteti (ATU) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) əməkdaşlığı çərçivəsində ATU-da “Açıq məlumatlar” mövzusunda seminar keçirilib. Tədbir həkim, doktorant, tədqiqatçı və tələbələrin açıq məlumatlardan   istifadə qaydaları barədə məlumatlanfırılması, həmçinin innovativ düşüncə tərzinin inkişaf etdirilməsi  məqsədilə təşkil olunub. 

Seminarda  İRİA-nın İnnovasiya ekosistemi departamentinin innovasiyalar üzrə aparıcı mütəxəssisi Vüqar Əliyev çıxış edib.  

Seminar zamanı açıq məlumatların elmi tədqiqatlarda istifadəsi, startap ideyalarının formalaşdırılması, innovativ həllərin yaradılması və opendata.az platformasının təqdim etdiyi imkanlar barədə məlumat verilib.

Paylaş

Dostlarınız ilə paylaşın.