Heydər Əliyev
ATU-da sosial startap proqramının ilk təliminə başlanılıb

ATU-da sosial startap proqramının ilk təliminə başlanılıb

Azərbaycan Tibb Universitetində (ATU) sosial startap proqramının ilk təliminə başlanılıb. 

Universitetin Elmi depatramenti ilə Tibb və sağlamlıq elmləri təhsili kafedrasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunan proqramda magistrantlar, həkim, rezident, müəllim və tələbələr iştirak ediblər. Təlim Tibb və sağlamlıq elmləri təhsili kafedrasının elmi işlər üzrə müdir müavini, baş müəllim Elyanə Təhməzova tərəfindən keçirilib. 

İnteraktiv formatda baş tutan təlimdə həkim və cəmiyyət arasında qarşılıqlı münasibət, həkim kompetensiyası, ictimai problemlərin həllində onun rolu, sağlamlığın sosial determinantları və digər məsələlər müzakirə olunub. 

Paylaş

Dostlarınız ilə paylaşın.