Heydər Əliyev
Yeni nəsil elmi axtarış platforması “EBSCOhost”-la bağlı vebinar keçirilib

Yeni nəsil elmi axtarış platforması “EBSCOhost”-la bağlı vebinar keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) “Yeni nəsil elmi axtarış: ATU-da təhsildə və elmi tədqiqatların aparılmasında süni intellektdən (Sİ) və EBSCOhost platformasının alətlərindən istifadə imkanları” mövzusunda vebinar keçirilib. 

EBSCO tərəfindən universitet əməkdaşları üçün təşkil olunan tədbirdə süni intellekt alətlərindən və “EBSCOhost” (https://search.ebscohost.com/) axtarış platformasının funksional imkanlarından istifadə etməklə müvafiq elmi mənbələrin daha sürətli və dəqiq axtarışı, axtarış nəticələrinin təhlili və tədqiqat işinin təşkili barədə məlumat verilib. 

Vebinar zamanı iştirakçılara MEDLINE Ultimate, SMART İmagebase tibbi təsvirlər kolleksiyası və  DynaMed resurslarından distant qaydada istifadə imkanları və qaydaları əyani şəkildə nümayiş etdirilib. 

ATU əməkdaşlarının və doktorantların suallarının cavablandırılması ilə davam edən tədbir iştirakçıların elektron elmi informasiya resurslarından səmərəli istifadə bacarıqlarının artırılması və müasir rəqəmsal imkanlarla tanışlığı baxımından əhəmiyyətli olub.



 

Paylaş

Dostlarınız ilə paylaşın.