

Azərbaycan Tibb Universiteti ilə Türkiyənin İstanbul şəhərində yerləşən Altınbaş Universiteti arasında əməkdaşlıq çərçivəsində 2026–2027-ci tədris ilinin yaz semestri üçün mübadilə proqramına müraciət qəbulu elan olunur.
İştirak şərtləri:
Müalicə-profilaktika, Stomatologiya, Əczaçılıq fakültələri, eləcə də İctimai səhiyyə fakültəsinin “İctimai səhiyyə” və “Tibb bacısı işi” ixtisasları üzrə II–IV kurs tələbələri;
Akademik göstərici: GPA 90 və yuxarı.
Tələb olunan sənədlər:
1. Akademik transkript;
2. Fakültə dekanından tövsiyə məktubu;
3. Pasportun surəti.
Tədris ingilis və türk dillərində aparılır. Proqram çərçivəsində bütün xərclər qarşılanır.
Müraciət etmək istəyən tələbələr sənədləri 30 oktyabr 2026-cı il tarixinədək international@amu.edu.az elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.
