Heydər Əliyev
ATU tələbələri üçün beynəlxalq mübadilə proqramı

ATU tələbələri üçün beynəlxalq mübadilə proqramı

Azərbaycan Tibb Universiteti ilə Türkiyənin İstanbul şəhərində yerləşən  Altınbaş Universiteti arasında əməkdaşlıq çərçivəsində 2026–2027-ci tədris ilinin yaz semestri üçün  mübadilə proqramına müraciət qəbulu elan olunur.

İştirak şərtləri:
Müalicə-profilaktika, Stomatologiya, Əczaçılıq fakültələri, eləcə də İctimai səhiyyə fakültəsinin “İctimai səhiyyə” və “Tibb bacısı işi” ixtisasları üzrə II–IV kurs tələbələri;

Akademik göstərici: GPA 90 və yuxarı.

Tələb olunan sənədlər:

1. Akademik transkript;
2. Fakültə dekanından  tövsiyə məktubu;
3. Pasportun surəti.

Tədris ingilis və türk dillərində aparılır. Proqram çərçivəsində bütün xərclər qarşılanır.

Müraciət etmək istəyən tələbələr sənədləri 30 oktyabr 2026-cı il tarixinədək international@amu.edu.az elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Paylaş

Dostlarınız ilə paylaşın.