Heydər Əliyev
Startapla bağlı təlim keçiriləcək

Startapla bağlı təlim keçiriləcək

Azərbaycan Tibb Universitetinin Elmi Tədqiqatların İdarə Olunması Departamentin təşkilatçılığı ilə “Startap nədir? Tibbdə startaplar. Startapda sualların gücü” mövzusunda təlim keçiriləcək.

Təlim çərçivəsində iştirakçılara startap anlayışı, startapların formalaşma mərhələləri və xüsusilə tibb sahəsində innovativ ideyaların startapa çevrilməsi haqqında məlumat veriləcək. Eyni zamanda, düzgün sual verməyin problemin dəqiq müəyyənləşdirilməsi, ideyanın inkişaf etdirilməsi və innovativ həllərin formalaşdırılmasındakı rolu müzakirə olunacaq.

Təlimin spikeri Elnur Əliyev — UP Medical MMC-nin təsisçi-direktoru və IPMA B Level Project Manager — öz təcrübəsi əsasında iştirakçılarla startap ekosistemi, tibbi innovasiyalar və layihələrin inkişafı ilə bağlı praktiki məlumatları bölüşəcək.

Təlim tibbi innovasiyalara, sahibkarlığa və startap ekosisteminə maraq göstərən tələbələr, magistrantlar, doktorantlar, müəllimlər və digər iştirakçılar üçün nəzərdə tutulub.

Tarix: 22 sentyabr 2026

Saat: 16:00

Ünvan: Azərbaycan Tibb Universiteti, 2 saylı tədris binası, Əczaçılıq korpusu, 2-ci mərtəbə

Qeydiyyat linki: https://forms.gle/L9E5B6iWsBWeT5UU6

Paylaş

Dostlarınız ilə paylaşın.