Heydər Əliyev
ATU tələbələri Türkiyədə beynəlxalq klinik təcrübə proqramını uğurla tamamlayıblar

ATU tələbələri Türkiyədə beynəlxalq klinik təcrübə proqramını uğurla tamamlayıblar

Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri Türkiyənin nüfuzlu Dokuz Eylül Universitetində keçirilən dörd həftəlik Yay məktəbi proqramını uğurla başa vurublar.

ATU-nun beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi proqram tələbələr üçün nəzəri biliklərin klinik praktikada möhkəmləndirilməsi, müasir tibbi yanaşmaların öyrənilməsi və beynəlxalq təcrübə qazanılması baxımından mühüm imkan yaradıb.

Dörd həftə ərzində tələbələr Dokuz Eylül Universitetinin müxtəlif klinika və şöbələrində praktiki hazırlıq keçiblər. Onlar təcrübəli həkim və professorların fəaliyyətini yaxından izləyib, real klinik halların qiymətləndirilməsi, diaqnostik yanaşmalar və müalicə prosesləri ilə tanış olublar.

Proqram çərçivəsində əldə olunan təcrübə tələbələrin yalnız peşəkar bilik və bacarıqlarının inkişafına deyil, həm də fərqli səhiyyə sisteminin təşkili və müasir klinik praktikaların öyrənilməsinə töhfə verib.

Yay məktəbini uğurla başa vuran ATU tələbələrinə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, proqram ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin təşəbbüsü ilə təşkil olunub. Bu kimi beynəlxalq təcrübə proqramları ATU tələbələrinin qlobal akademik və klinik mühitə inteqrasiyasına, onların peşəkar dünyagörüşünün genişlənməsinə və gələcək həkim kimi formalaşmasına mühüm töhfə verir.

Paylaş

Dostlarınız ilə paylaşın.