Heydər Əliyev
ATU-nun Xarici dillər kafedrasında yeni tədris ili ilə bağlı iclas keçirilib

ATU-nun Xarici dillər kafedrasında yeni tədris ili ilə bağlı iclas keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin Xarici dillər kafedrasında 2026–2027-ci tədris ilinin başlanması ilə əlaqədar kafedra iclası keçirilib.

İclasda Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva və Xarici dillər kafedrasının müdiri, professor Zemfira Məmmədova çıxış edərək yeni tədris ili ilə bağlı qarşıda duran əsas vəzifə və prioritetlər barədə fikirlərini bölüşüblər. Çıxışlarda tədris prosesinin səmərəli təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi və qarşıya qoyulan hədəflərin uğurla həyata keçirilməsi istiqamətində görüləcək işlər diqqətə çatdırılıb.

İclas zamanı yeni tədris ilində tədris prosesinin keyfiyyətli təşkili, tələbələrin davamiyyətinə nəzarətin gücləndirilməsi, tədris-metodiki fəaliyyətin təkmilləşdirilməsi, eləcə də tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görüləcək işlər ətrafında geniş müzakirələr aparılıb.

Bununla yanaşı, qarşıya qoyulan vəzifələrin icrası, mövcud imkanlardan səmərəli istifadə və tədris prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib.

Paylaş

Dostlarınız ilə paylaşın.