

Hər il 8 sentyabr bütün dünyada Ümumdünya Fizioterapiya Günü kimi qeyd olunur. Bu gün insan sağlamlığının qorunması, xəstəlik və travmalardan sonra funksional imkanların bərpası, ağrının azaldılması və həyat keyfiyyətinin yüksəldilməsində fizioterapiyanın əhəmiyyətinə diqqət çəkmək məqsədi daşıyır.
Ümumdünya Fizioterapiya Günü münasibətilə bütün həkim-fizioterapevtləri, fizioterapistləri, reabilitasiya mütəxəssislərini və bu sahədə çalışan bütün həmkarlarımızı təbrik edir, onların insan sağlamlığının və həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətindəki məsuliyyətli fəaliyyətinə uğurlar arzulayırıq!
