

Körpənin sağlam inkişafının təməli həyatın ilk günlərində qoyulur və bu təməlin ən mühüm dayaqlarından biri ana südüdür. Məhz bu məqsədlə Azərbaycan Tibb Universiteti (ATU) 1–7 avqust tarixlərini əhatə edən Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi çərçivəsində maarifləndirici fəaliyyətlərini davam etdirir.
Təşəbbüs çərçivəsində ATU-nun müxtəlif ixtisaslar üzrə mütəxəssisləri hazırlanan video müraciətlərdə ana südünün körpə və ana sağlamlığı üçün əhəmiyyəti, ana südü ilə qidalanmanın üstünlükləri, düzgün əmizdirmə vərdişləri və valideynləri maraqlandıran vacib mövzular barədə elmi əsaslı məlumat və tövsiyələr təqdim edirlər.
Video silsiləsinin məqsədi cəmiyyətdə ana südü ilə qidalanma mədəniyyətinin təşviqinə, valideynlərin düzgün məlumatlandırılmasına və sağlam gələcək nəslin formalaşmasına töhfə verməkdir.
ATU hər kəsi maarifləndirici videoları izləməyə, faydalı məlumatları paylaşmağa və ana südü ilə qidalanmanın əhəmiyyətinin təbliğinə dəstək olmağa çağırır.
