Heydər Əliyev
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ REZİDENTURA VƏ MAGİSTRATURA TƏHSİLİ ALMAQ İSTƏYƏN  ƏCNƏBİ VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ   

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ REZİDENTURA VƏ MAGİSTRATURA TƏHSİLİ ALMAQ İSTƏYƏN  ƏCNƏBİ VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ   

Azərbaycan Tibb Universitetinin rezidenturasına və magistraturasına qəbul olmaq istəyən əcnəbi vətəndaşlar 05 avqust 2026-cı il tarixindən 31 avqust 2026-cı il tarixinədək qədər portal.edu.az saytında qeydiyyatdan keçərək universitetə müraciət etməlidir. 

Tələb olunan əsas sənədlər:

1.Baza ali (tibb) təhsili və ya baza təhsili haqqında diplomun əsli və surəti (2 nüsxə)

2.Baza ali (tibb) təhsili və ya baza təhsili haqqında diplomun nostrifikasiyası (akademik tanınma (xarici ölkə universitetlərinin məzunu olduğu halda))

3.Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə səhadətnamə (peşə tanınması (xarici ölkə universitetlərinin məzunu olduğu halda))

4.Ümumvətəndaş pasportunun əsli və surəti (2 nüsxə)

5.Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsi vəsiqəsinin əsli və surəti (olduğu halda)

6. Sağlamlıq haqqında arayış (Hepatit B, Hepatit C, QİÇS)

 

 

Rezidentura və magistratura şöbəsi

Tel: (012) 597 44 83  

Elektron ünvan: pgme@amu.edu.az

 

 

 

 

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.