Bizi izləyin:
Heydər Əliyev
Bu gün Azərbaycan Tibb Universiteti ilə UNEC komandaları Voleybol üzrə birincilik uğrunda mübarizə aparacaq

Bu gün Azərbaycan Tibb Universiteti ilə UNEC komandaları Voleybol üzrə birincilik uğrunda mübarizə aparacaq

    Bu gün ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında təşkil olunmuş “Zəfər Festivalı – 3” layihəsi çərçivəsində keçirilən Voleybol (oğlanlar) yarışlarının final mərhələsidir. Saat 18:00-da Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Heydər Əliyev adına Hərbi İnstitut III yer uğrunda, 19:00-da isə Azərbaycan Tibb Universiteti ilə UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti komandaları I yer uğrunda mübarizə aparacaq.

   Azərbaycan Tibb Universiteti, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Təşkilatı, Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və 28 May – Müstəqillik gününə həsr olunmuş yarışlar ATU-nun "Təbib" Tədris İdman Mərkəzində keçiriləcək.

   İştirakçılara uğurlar arzulayır, hər kəsi ATU komandasına dəstək olmağa çağırırıq!

Paylaş

Dostlarınız ilə paylaşın.