Bizi izləyin:
Heydər Əliyev
ATU-nun onkologiya kafedrasının dosentinin aktuallığını qoruyan əsrin bəlası - xərçənglə bağlı İTV - yə müsahibəsi

ATU-nun onkologiya kafedrasının dosentinin aktuallığını qoruyan əsrin bəlası - xərçənglə bağlı İTV - yə müsahibəsi

    Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının baş həkimi, onkologiya kafedrasının dosenti Tamara Quliyeva İTV-də yayımlanan "Xəbərimiz var" verilişində aktuallığını qoruyan əsrin bəlası - onkoloji xəstəliklər haqda danışıb. Müsahibədə xərçəngin yaranma səbəbləri, risk faktorları, ilkin əlamətləri, erkən diaqnostikanın vacibliyi və s. vacib məqamlara aydınlıq gətirilib.

      Qeyd edək ki, ATU-da peşəkar və təcrübəli heyət ( https://oncology.amu.edu.az/az/pages/66) tərəfindən sözügedən xəstəliyin müalicəsinin qarşısının alınması məqsədilə ən müasir metodlar əsasında bir sıra xidmətlər həyata keçirilir. Bunlara USM, mammoqrafiya, kompüter tomoqrafiyası, rentgen kabineti, patomorfoloji laboratoriya, biokimyavi laboratoriya, endoskopiya, kardiologiya, kolposkopiya kimi bir sıra xidmətlər daxildir.

      Onkoloji klinikada dayaq-hərəkət aparatı sistemində icra edilən əməliyyatlara gəlincə, sümük şişləri, yumşaq toxuma şişləri, dəri törəmələri, süd vəzinin şişləri zamanı icra olunan mastektomiyalar, süd vəzinin orqansaxlayıcı əməliyyatları, süd vəzisinin əməliyyatdan sonrakı plastikası, və s. həyata keçirilir. Eyni zamanda həzm sisteminin onkoloji xəstəlikləri, ağciyər xərçəngi zamanı icra olunan radikal əməliyyatlar, müasir onkourologiyaya aid olan açıq və endoskopik (qapalı) əməliyyatlar, qırtlaq şişləri zamanı aparılan əməliyyatlar və s. cərrahi əməliyyatlar aparılır. Xidmətlərdən yararlanmaq üçün Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasına müraciət etmək olar.

 

Paylaş

Dostlarınız ilə paylaşın.