
Keyfiyyət təminatı yalnız mövcud vəziyyətin qiymətləndirilməsi ilə məhdudlaşmır, həm də əldə edilən nəticələrin təhlilini və təkmilləşdirmə tədbirlərinin planlaşdırılmasını nəzərdə tutur.
Monitorinq və qiymətləndirmə nəticələri əsasında aşkar edilən inkişaf ehtiyacları təhlil edilərək aidiyyəti struktur bölmələrinə müvafiq təkliflər təqdim edilə bilər.
Magistratura şöbəsi öz səlahiyyətləri çərçivəsində universitetin müvafiq struktur bölmələri və baza kafedraları ilə əməkdaşlıq etməklə magistratura təhsilinin keyfiyyətinin davamlı inkişafına dəstək göstərməyi hədəfləyir.
