Heydər Əliyev
Bölmələrimiz
Akademik dürüstlük və tədqiqat etikası

Dissertasiya magistrantın öz tədqiqatını və elmi təhlilini əks etdirməlidir. Başqa müəlliflərin fikirlərindən, mətnlərindən, məlumatlarından və təsvirlərindən istifadə olunduqda mənbə göstərilməlidir.

Plagiat, məlumatların uydurulması və ya saxtalaşdırılması, nəticələrin təhrif edilməsi yolverilməzdir.

İştirakçılar, fərdi məlumatlar, bioloji materiallar və digər xüsusi tədqiqat obyektləri ilə iş zamanı müvafiq etik və təhlükəsizlik tələblərinə riayət olunur. Dissertasiyanın mətn uyğunluğunun yoxlanılması universitetdə müəyyən edilmiş prosedura əsasən aparılır.