Heydər Əliyev
Bölmələrimiz
İşin hazırlanma mərhələləri

Dissertasiyanın hazırlanması mövzuya və tədqiqatın xüsusiyyətlərinə uyğun olaraq aşağıdakı mərhələləri əhatə edir:

1. *Ədəbiyyatın araşdırılması:* mövcud biliklərin, əsas yanaşmaların və araşdırılması tələb olunan məsələlərin müəyyənləşdirilməsi.
2. *Metodologiyanın hazırlanması:* tədqiqatın aparılma qaydasının, ölçmə və qiymətləndirmə üsullarının dəqiqləşdirilməsi.
3. *Tədqiqatın həyata keçirilməsi:* məlumatların toplanması, eksperimental və ya digər tədqiqat tapşırıqlarının yerinə yetirilməsi.
4. *Nəticələrin təhlili:* məlumatların uyğun üsullarla işlənməsi və şərhi.
5. *Müzakirə və nəticələrin formalaşdırılması:* əldə edilmiş nəticələrin ədəbiyyatla müqayisəsi, məhdudiyyətlərin və praktik əhəmiyyətin qiymətləndirilməsi.
6. *Mətnin hazırlanması və yoxlanılması:* dissertasiyanın yazılması, istinadların, cədvəllərin və şəkillərin yoxlanılması.
7. *İlkin müzakirə və müdafiəyə hazırlıq:* işin təqdim edilməsi, iradların nəzərə alınması və müdafiə materiallarının hazırlanması.

Magistrant işin gedişini elmi rəhbərlə mütəmadi müzakirə edir və müəyyən edilmiş hesabatları təqdim edir.