Heydər Əliyev
Bölmələrimiz
Mövzunun və elmi rəhbərin təsdiqi

Dissertasiya mövzusu ixtisaslaşmanın istiqamətinə, elmi və praktik aktuallığa, tədqiqatın həyata keçirilməsi imkanlarına uyğun seçilir.

Mövzu müəyyənləşdirilərkən tədqiqatın məqsədi, əsas vəzifələri, nəzərdə tutulan metodları, icra şəraiti və gözlənilən nəticələri dəqiqləşdirilir. Mövzunun həcmi magistrantın hazırlıq səviyyəsinə və təhsil müddətinə uyğun olmalıdır.

Mövzu və elmi rəhbər barədə təklif müvafiq baza kafedrasında müzakirə olunur və universitetdə müəyyən edilmiş qaydada təsdiqə təqdim edilir. Təsdiq üçün sənədlər, təqdimetmə müddətləri və müzakirə ardıcıllığı müvafiq təlimatda göstərilir.

Mövzunun və ya elmi rəhbərin dəyişdirilməsi zərurəti yarandıqda əsaslandırılmış müraciət müəyyən edilmiş qaydada təqdim olunur.